Modern.az

DİN-in poliqonunda partlayış oldu, xəsarət alanlar var - GÜRCÜSTANDA 

DİN-in poliqonunda partlayış oldu, xəsarət alanlar var - GÜRCÜSTANDA 

Aktual

29 Aprel 2018, 23:56

Gürcüstanda  Daxili İşlər Nazirliyinin  (DİN) poliqonunda partlayış olub.

 

Modern.az-ın məlumatına görə, bu barədə TASS məlumat yayıb.

 

Məlumatda bildirilir ki, hadisə Qardabani rayonunun Krçanisi kəndində, nazirliyin Xüsusi Tapşırıqlar üzrə Departamentinin poliqonunda baş verib. Partlayış zamanı iki nəfər xəsarət alıb.

 

Hadisənin həmin şəxslərin mərminin aşkarlandığı əraziyə daxil olduqları zamanı baş verdiyi bildirilir. Qeyd edilir ki, onlar partlayıcı maddə ilə ehtiyatsız davranıblar.

Yaralıların vəziyyəti qənaətbəxşdir. 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyanın çöküşü - Putin imdad diləyir