Modern.az

Moskvada bu da oldu: qeyri-iş günlərində spirtli içki satılmayacaq

Moskvada bu da oldu: qeyri-iş günlərində spirtli içki satılmayacaq

Aktual

30 Aprel 2018, 09:37

Rusiya paytaxtı Moskvada may bayramları günlərində bütün növ spirtli içkilərin satışına qadağa qoyulub.

Modern.az Rusiya KİV-nə istinadən xəbər verir ki, mağazalarda, yeraltı keçidlərdə, park və meydanlarda alkoqollu içkilərin satışı dayandırılacaq.

Qadağa 29 aprel - 2 may və 9 may Qələbə günü günü qüvvədə olacaq.

 

Qadağaya səbəb kimi bayram günlərində baş verə biləcək bədbəxt hadisələrin qarşının qabaqcadan alınması göstərilir.

Qeyd edək ki, 29-30 aprel, 1-2 may və 9 may günləri Rusiyada qeyri-iş günləri hesab olunur.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyanın çöküşü - Putin imdad diləyir