Modern.az

Milli Məclis bu gün 52 məsələyə görə toplanır - GÜNDƏLİK

Milli Məclis bu gün 52 məsələyə görə toplanır - GÜNDƏLİK

1 May 2018, 09:03

Bu gün Milli Məclisin yaz sessiyasının növbəti plenar iclası keçriləcək.

Bu barədə Modern.az-a açıqlamasında Milli Məclisin mətbuat katibi Akif Təvəkküloğlu məlumat verib.

Akif Təvəkküloğlu bildirib ki, iclasın gündəliyinə 52 məsələ daxil edilib.

“İclasda bir çox qanunlarda dəyişikliklərə baxılacaq”.


Bunlar aşağıdakılardır:


- Milli Məclisin komitələrinin yeni üzvlərinin seçilməsi;


-  “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi (1918-2018)” yubiley medalının təsis olunması ilə əlaqədar “Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında” qanuna dəyişiklik;


- “Azərbaycan Respublikası Dövlət Bayrağının təsvirinin təsdiq edilməsi haqqında” Konstitusiya qanunu layihəsi;


- “Azərbaycan Respublikası Dövlət Gerbinin təsvirinin təsdiq edilməsi haqqında” Konstitusiya qanunu layihəsi;


-  “Azərbaycan Respublikası Dövlət Himninin musiqisinin və mətninin təsdiq edilməsi haqqında” Konstitusiya qanunu layihəsi;


- “Azərbaycan Respublikasının Şərəf və Dostluq ordenin təsis edilməsi barədə” qanun layihəsi;


- İnzibati Xətalar Məcəlləsinə dəyişiklik;


- Torpaq Məcəlləsinə dəyişiklik;


- Cinayət Məcəlləsinə dəyişiklik;


- Əmək Məcəlləsinə dəyişiklik;


- Miqrasiya Məcəlləsinə dəyişiklik;


- “Tarix və mədəniyyət abidələrinin qorunması haqqında” qanuna dəyişiklik;


- “Siyasi partiyalar haqqında” qanuna dəyişiklik;


- “Həmkarlar ittifaqı haqqında” qanuna dəyişiklik;


- “Telekommunikasiya haqqında” qanuna dəyişiklik;


- “Üzümçülük və şərabçılıq haqqında” qanuna dəyişiklik;


- “Mühasibat uçotu haqqında” qanuna dəyişiklik;


- “Əqli mülkiyyət hüquqlarının təminatı və piratçılığa qarşı mübarizə haqqında” qanuna dəyişiklik;


- “Sosial sığorta haqqında” qanuna dəyişiklik;


- “Əlilliyi olan şəxslərin hüquqları haqqında” qanun layihəsi 2-ci oxunuşda”


- “Torpaq islahatı haqqında” qanuna dəyişiklik;


- “Televiziya və radio yayımı haqqında” qanuna dəyişiklik;


- “İctimai televiziya və radio yayımı haqqında” qanuna dəyişiklik;


- “Reklam haqqında” qanuna dəyişiklik;


- “Azərbaycan folkloru nümunələrinin hüquqi qorunması haqqında” qanuna dəyişiklik;


- “Mədəniyyət haqqında” qanuna dəyişiklik;


- “Məlumat toplularının hüquqi qorunması haqqında” qanuna dəyişiklik;


- “Memarlıq fəaliyyəti haqqında” qanuna dəyişiklik;


- “Kütləvi informasiya vasitələri haqqında” qanuna dəyişiklik;

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər