Modern.az

Eskişehirdə  AXC-nin 100-cü ildönümü ilə bağlı TƏDBİR

Eskişehirdə  AXC-nin 100-cü ildönümü ilə bağlı TƏDBİR

Aktual

30 Aprel 2018, 10:57

Türkiyədə fəaliyyət göstərən Eskişehir Azərbaycanlılar Dərnəyi tərəfindən Azərbaycan Xalq Cumhuriyyətinin 100-cü ildönümü ilə əlaqədar silsilə tədbirlər keçirilir.

 

Diasprla iş üzrə Dövlət Komitəsindən Modern.az-a verilən məlumata görə, bu tədbirlər çərçivəsində Azərbaycan mədəniyyətini Türkiyənin tarixi şəhərindən biri olan və 2013 cü ildə türk dünyasının mədəniyyət paytaxtı olmuş Eskişehirdə tanıtmaq üçün Azərbaycan Mədəniyyəti Günü təşkil olunub.

 

Eskişehirin Dədə Qorqud parkında baş tutan tədbirdə Azərbaycanın tarixini, xüsusilə Azərbaycan Xalq Cümhuriyyəti dövrünü, coğrafiyasını, mədəniyyətini, adət-ənənələrini, turizm imkanlarını əks etdirən stendlər qurulub. Həmin stendlərdə Azərbaycana aid suvenirlər, qədim əşyalar, kitab və jurnallar, Azərbaycan mətbəxinin nümunələri sərgilənib. Tədbir Azərbaycan musiqiləri ilə müşayiət olunub. Ziyarətçilərə Azərbaycan bayraqları hədiyyə olunub, təşkilatın musiqi qrupunun ifasında Azərbaycan rəqsləri göstərilib.

 

Qeyd edək ki, Prezident İlham Əliyevin 20117-ci il 16 may tarixində imzaladığı “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi haqqında” Sərəncamına uyğun olaraq, ölkədə və ölkə xaricində silsilə tədbirlər həyata keçirilir. Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinin qeyd olunması, Azərbaycanın dövlətçilik ənənələrinin təbliğ edilməsi ilə əlaqədar dünyanın müxtəlif ölkələrində fəaliyyət göstərən diaspor təşkilatları tərəfindən fotosərgilər, konfranslar, görüşlər və digər tədbirlərin keçirilməsi planlaşdırılır.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyanın çöküşü - Putin imdad diləyir