Modern.az

“Parlament Qarabağla bağlı iclas keçirsin” – Deputatdan ÇAĞIRIŞ

“Parlament Qarabağla bağlı iclas keçirsin” – Deputatdan ÇAĞIRIŞ

1 May 2018, 13:11

“Bu gün Ermənistanda gərgin siyasi vəziyyət mövcuddur. Hesab edirəm ki, orada siyasi qüvvələr daxili istifadə üçün atəşəkəsi poza bilərlər”.

 

Modern.az-ın məlumatına görə, bunu deputat Qüdrət Həsənquliyev parlamentin bu gün keçirilən iclasında deyib.

 

O bildirib ki, Azərbaycan ordusu və dövləti hazır olmalı, belə bir halda cəsarətli qərar qəbul edib torpaqlarımız işğaldan azad edilməlidir.

 

“Buna cavab olaraq Milli Məclisin Spikeri Oqtay Əsədov qeyd edib ki, Azərbaycan ordusu və dövləti istənilən təbliğatın qarşısını almağa hazır vəziyyətdədir. Bununla bağlı heç bir narazılıq yoxdur”.

 

Q.Həsənquliyev əlavə edib ki, Milli Məclisin Qrabağla bağlı iclasının keçirilməsinə çox böyük ehtiyac var:

 

“Mən prosesləri diqqətlə izləyən biri olaraq əminəm ki, Ermənistan yaxın zamanlarda vətəndaş qarşıdurmasına girəcək və onlar atəşkəsi poza bilərlər. Paralel şəkildə Azərbaycan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı ilə, Rusiya ilə intensiv danışıqlara başlamalıdır”.

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər