Azərbaycanın Yunanıstandakı Səfirliyi “QALA” Yunan-Azərbaycan Dostluq Cəmiyyəti ilə birlikdə 2018-ci ilin 1 may tarixində Yunanıstanın ikinci böyük şəhəri olan Salonikidə Heydər Əliyevin 95 illik yubileyinə həsr olunmuş tədbir keçirib.
Səfirliyin müvəqqəti işlər vəkili Eldar Əliyev görkəmli siyasi xadim Heydər Əliyevin həyatı, onun siyasi fəaliyyəti, Azərbaycanın inkişaf tarixində onun əvəzsiz rolu haqqında məlumat verib, müstəqil Azərbaycanın dövlət quruculuğu və inkişafında onun xidmətləri haqqında danışıb.
Tədbirdə iştirak edın Türkiyə Respublikasının Saloniki şəhərindəki Baş Konsulu Orhan Yalman Okan çıxışında Heydər Əliyevin Azərbaycan-Türkiyə münasibətlərinə və ümumilikdə Türk dünyasının həmrəyliyinə töhfəsi haqqında danışıb, onun "iki dövlət bir millət" sözlərinin bu gün də Azərbaycan-Türkiyə dostluğunun əsasını təşkil etdiyini qeyd edib.
"QALA" Yunan-Azərbaycan Dostluq Cəmiyyətinin sədri Rəşid Məmmədov çıxışında, xaricdə, o cümlədən Yunanıstanda yaşayan azərbaycanlıların Heydər Əliyev irsinə, onun Azərbaycançılıq fəlsəfəsinə bağlı olduqlarını vurğulayıb. Tədbirin sonunda "Heydər Əliyevə həsr olunmuş film nümayiş olunub.
Elnur Eltürk