Modern.az

Milli Məclisə qəbiristanlıqlarla bağlı sənəd daxil olmayıb

Milli Məclisə qəbiristanlıqlarla bağlı sənəd daxil olmayıb

2 May 2018, 16:04

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı məzar və sinə daşları barədə yeni qərar qəbul olunacağını bildirib.

 

“Qəbul olunan qərara görə, qəbiristanlığın salınması, qəbirlərin ölçüsü, onların yerləşdirliməsi ilə bağlı bəzi ümumi standartlar tətbiq ediləcək.

 

Qaydalara görə, qəbirlər üzərində dəbdəbəli daşların qoyulması, ölçülərdən kənara çıxılması olmayacaq. Qəbirlər və sinə daşları vahid ölçüdə olacaq və bu ölçülər tətbiq olunan zaman İslam dininin bununla bağlı bütün qaydalarına əməl olunacaq”-deyə, komitə sədri qeyd edib.

 

Dəfələrlə Azərbaycanda nümunəvi qəbiristanlıqlara dair sənədin hazırlanması məsələsi Milli Məclisdə gündəmə gətirilib.

 

Məsələ ilə bağlı Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin üzvü Fazil Mustafa Modern.az-a açıqlama verib.

 

Deputat Azərbaycanda nümunəvi qəbiristanlıqların salınmasını, vahid ölçüdə qəbirüstü abidələrin qoyulmasını nəzərdə tutan sənədin hazırlanmadığını deyib.

 

“Bu, sadəcə bir ideya kimi verilib və mətbuatda səsləndirilib. Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi də dəfələrlə nümunəvi qəbiristanlıqların yaradılması ilə bağlı məsələ qaldırıb. Amma belə bir qanun layihəsi Milli Məclisdə hələ ki yoxdur. Bu il üçün də qanun layihəsi Milli Məclisin 2018-ci ilin yaz sessiyasının qanunvericilik işlər planına da daxil edilməyib”.

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər