Azərbaycan Dövlət Gömrük Komitəsinin Akademiyasının sorğusuna cavab olaraq ABŞ-ın Bakıdakı səfirliyi inkişaf və liderlik bacarıqları, o cümlədən ingilis dilinin öyrənilməsinə aid dünyanın ən çox satılan kitab toplusunu təmin edib.
Bu haqda Modern.az-a səfirlikdən məlumat verilib.
Səfirliyin müvəqqəti işlər Vilyam Gil 2 may tarixində Dövlət Gömrük Komitəsi Akademiyasının rəisi general İsmayıl Ələkbərov ilə birlikdə Akademiyada keçirilən tədbirdə iştirak ediblər.
Kitabların ianə edilməsi insanların Birləşmiş Ştatlar, Amerikanın tarixi, mədəniyyəti və dəyərləri haqqında maarifləndirməyə yönəlib.
Bu, ABŞ hökuməti tərəfindən dəstəklənən “American Shelves” layihəsinin təşəbbüsü olub.