Modern.az

Qadın güləşçimiz finala çıxdı

Qadın güləşçimiz finala çıxdı

2 May 2018, 18:50

Rusiya Federasiyasının Kaspiysk şəhərində güləş üzrə böyüklər arasında Avropa çempionatı (AÇ) davam edir.

Modern.az xəbər verir ki, üçüncü yarış günündə 50, 55, 59, 68 və 76 kq çəki dərəcələrində qadın güləşçilər mübarizəyə qoşulub. 

Komandamızın lideri Mariya Stadnik (50 kq) finala yüksəlib. O, finalda Rumıniya güləşçisi Emilia Vuçla yarışacaq. Digər güləşçimiz Səbirə Əliyeva (76 kq) isə bürünc medal uğrunda mübarizə aparacaq.

Final görüşləri sabah keçiriləcək. 

50 kq

1/8 final

Mariya Stadnik – Jaklin Şelin (Almaniya) 10:0

1/4 final

Mariya Stadnik – Milana Dadaşova (Rusiya) 10:0

1/2 final

Mariya Stadnik – Kseniya Stankeviç (Belarus) 10:0

55 kq

1/4 final

Solmaz Həşimzadə – Bediha Gün (Türkiyə) 0:4

59 kq

1/4 final

Tatyana Omelçenko – Mimi Xristova (Bolqarıstan) 3:8

68 kq

1/8 final

İrina Netreba – Buse Tosun (Türkiyə) 5:8

76 kq

1/4 final

Səbirə Əliyeva – Janet Nemet (Macarıstan) 9:6

1/2 final 

Səbirə Əliyeva – Yekaterina Bukina (Rusiya) 0:10

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyanın çöküşü - Putin imdad diləyir