Modern.az

ASAN Xidmət”in yeni sədri: “Fəaliyyətimizə olduğumuz yerdən davam edəcəyik” 

ASAN Xidmət”in yeni sədri: “Fəaliyyətimizə olduğumuz yerdən davam edəcəyik” 

2 May 2018, 20:27

Biz fəaliyyətimizə olduğumuz yerdən davam edəcəyik”.

Bunu “Report”a  müsahibəsində Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin (“ASAN Xidmət”) sədri Ülvi Mehdiyev deyib.

O xatırladıb ki, Dövlət Agentliyinə sədr təyin olunana qədər bu qurumda sədr müavini vəzifəsində çalışıb: “ASAN Xidmət”in cənab Prezident tərəfindən müəyyən olunmuş prinsipləri var: şəffaflıq, operativlik, məsuliyyət, nəzakətli davranış. Biz bu prinsiplərə əməl etməklə olduğumuz yerdən “ASAN Xidmət”in fəaliyyətinə davam edəcəyik”.

Ü.Mehdiyev qeyd edib ki, hazırda ölkə ərazisində 13 “ASAN Xidmət” mərkəzi var: “Mərkəzlərin 8-i regionlarda, 5-i Bakıdadır. Prezident İlham Əliyevin tapşırığı ilə “ASAN Xidmət” bütün ölkəni əhatə etməlidir”.

Qeyd edək ki, Ülvi Mehdiyev Dövlət Agentliyinin sədri vəzifəsində ilk müsahibəsini “Report”a verib. Müsahibənin tam versiyası mayın 3-də yayımlanacaq.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyanın çöküşü - Putin imdad diləyir