Goranboy rayonunda ölümlə nəticələnən yol nəqliyyat hadisəsi baş verib.
Modern.az-ın xəbərinə görə, Xan Qərvənd kəndinə gedən yolda iki avtomobilin toqquşması nəticəsində bir nəfərin öldüyü, 3 nəfərin xəsarət aldığı bildirilir.
Xəsarət alanlar Goranboy Mərkəzi Rayon Xəstəxanasına çatdırılıblar. Faktla bağlı araşdırma aparılır.
***
Goranboy rayonunda ağır yol qəzası nəticəsində ölənlərin sayı 3 nəfərə çatıb.
Ağdam rayon sakini, 1960-cı il təvəllüdlü Quliyev Füzuli Şura oğlu həkimlərin səylərinə baxmayaraq xəstəxanada keçinib.
Qeyd edək ki, bundan əvvəl F.Quliyevin həyat yoldaşı, 1963-cü il təvəllüdlü Quliyeva Cəmilə Sovet qızı tibbi yardıma baxmayaraq Goranboy rayon Mərkəzi Xəstəxanasında dünyasını dəyişib. Xan Qərvənd kəndinə gedən yolda “Niva” və “Toyota Land Cruiser” markalı minik avtomobillərinin toqquşması nəticəsində Goranboy rayon sakini Süleymanov Əli Süleyman oğlu hadisə yerində ölüb (APA)