Xalq rəssamı Tokay Məmmədovla vida mərasimi mayın 3-də Təzə Pir Məscidində keçiriləcək.
Bu barədə Modern.az-a Mədəniyyət Nazirliyinin informasiya və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.
T. Məmmədov sabah İkinci Fəxri Xiyabanda dəfn olunacaq.
Qeyd edək ki, 91 yaşlı xalq rəssamı bu gün müalicə aldığı xəstəxanada dünyasını dəyişib.