Modern.az

Bu gün AvroLiqada finalçılar bəlli olacaq - TƏQVİM

Bu gün AvroLiqada finalçılar bəlli olacaq - TƏQVİM

3 May 2018, 08:52

Bu gün Avropa Liqasında yarımfinal mərhələrsinin cavab oyunları keçiriləcək.

Modern.az xəbər verir ki, iki matçla finalçıların adı müəyyənləşəcək.

Erkən final adlandırılan “Atletiko” – “Arsenal” cütü bu dəfə Madriddə üz-üzə gələcək. Londonda keçirilən ilk görüşdə 1:1 hesablı bərabərlik qeydə alındığından komandaların finala çıxmaq şansı bərabər qiymətləndirilir. 

Digər görüşdə isə sürpriz şəkildə yarımfinala qədər irəliləyən Avstriya “Zalsburq”u “Marseli”i qəbul edəcək. Fransada keçirilən ilk qarşılaşmada 2 cavabsız qolla qalib gələn “Marsel” finala daha iddialıdır.

 

3 may

Avropa Liqası

Yarımfinal, cavab oyunları

23:05. "Atletiko” (İspaniya) – "Arsenal” (İngiltərə)
İlk oyun - 1:1
Baş hakim:
 Canluka Rokki (İtaliya)
 
23:05. "Zalsburq” (Avstriya) – "Marsel” (Fransa)
İlk oyun - 0:2
Baş hakim:
 Sergey Karasyov (Rusiya)

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyanın çöküşü - Putin imdad diləyir