Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov qurumun Hüquq təminatı, ümumi və kadrlar şöbəsinin müdiri Nüşabə Kərimovanı yubileyi ilə münasibətilə təbrik edib.
Modern.az-ın məlumatına görə, Nüşabə Kərimovanın uzun illər Dövlət Komitəsində çalışdığını, əməkdaşlar arasında hörmət qazanmış kadrlardan biri olduğunu vurğulayan Dövlət Komitəsinin sədri ona can sağlığı, uzun ömür və gələcək fəaliyyətində uğurlar arzulayıb.
Nüşabə Kərimova isə öz növbəsində Dövlət Komitəsinin sədrinə və kollektivə göstərilən diqqətə görə təşəkkür edərək, yubileyinin qeyd edilməsinin onun üçün önəmli, gözlənilməz və sevindirici olduğunu bildirib.