Modern.az

Diaqnostik qiymətləndirilmədə iştirak etməyən müəllimlərə xəbər var  

Diaqnostik qiymətləndirilmədə iştirak etməyən müəllimlərə xəbər var   

3 May 2018, 09:50

Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən cari ilin may ayında müəllimlərin bilik və bacarıqlarının növbəti diaqnostik qiymətləndirilməsi həyata keçiriləcək.

Bu barədə Təhsil Nazirliyindən Modern.az-a məlumat verilib.

Bildirilib ki, qiymətləndirmədə aşağıda adıçəkilən kateqoriyaya aid şəxslər iştirak edə bilər:

- əsas iş yeri olaraq müddətsiz əmək müqaviləsi əsasında işləyən müəllimlər;

- gənclərin çağırışaqədərki hazırlıq rəhbərləri;

- direktor, direktor müavinləri;

- məktəbdənkənar və sinifdənxaric işlər üzrə təşkilatçılar;

- yerli təhsili idarəetmə orqanlarında dövlət qulluğu və metodist vəzifələrində çalışanlar.

Diaqnostik qiymətləndirilmədə əvvəlki imtahanlarda aşağı nəticə göstərən, ikinci ixtisası üzrə tədris aparan, habelə daha öncə diaqnostik qiymətləndirilmədən keçməyən şəxslər iştirak edə bilərlər.

Hər hansı sual və ya müraciətlə bağlı Təhsil Nazirliyinin Telefon Məlumat Mərkəzi (“Qaynar xətt” xidməti, telefon: 146) və ya Təhsil İşçilərinin Peşəkar İnkişafı İnstitutunun İnsan Resursları Mərkəzi (012 430 52 78; 012 430 57 79) ilə əlaqə saxlamaq mümkündür.

 

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyanın çöküşü - Putin imdad diləyir