Modern.az

Nazirlik daha bir qanun pozucusu aşkarladı

Nazirlik daha bir qanun pozucusu aşkarladı

3 May 2018, 10:13

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühitin Mühafizəsi Departamentinin əməkdaşları tərəfindən Şamaxı rayonu ərazisində “Ətraf mühitin mühafizəsi haqqında” qanunvericiliyin tələblərinə riayət olunmasını yoxlamaq məqsədilə reyd keçirilib.


Nazirlikdən Modern.az-a bildirilib ki, reyd zamanı “Mercedes” markalı 50 CL- 474 nömrəli dövlət qeydiyyat nişanlı yük avtomobilinin rayonun Zoğalavay çayı ərazisinə heyvandarlıq təsərrüfatında formalaşan tullantıları boşaltdığı aşkar olunub. Avtomobilin sürücüsü sənəd təqdim etməkdən imtina edib. Faktla bağlı akt tərtib olunub.

                  
Qanun pozucusunun şəxsiyyətinin müəyyən olunması üçün məktubla Şamaxı rayon Polis Şöbəsinə müraciət edilib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyanın çöküşü - Putin imdad diləyir