Səhiyyə Nazirliyi Bakı şəhəri Baş Səhiyyə İdarəsinin tabeliyində olan 1 saylı körpələr evi ilə bağlı yayılan görüntülərə münasibət bildirib.
Modern.az-ın məlumatına görə, Səhiyyə Nazirliyinin mətbuat xidmətinin mütəxəssisi Səfayə Əhmədova qeyd edib ki, aparılan araşdırmanın nəticəsinə görə, görüntülər təhrif edilmiş formada ictimaiyyətə təqdim edilib.