"Azərbaycanda keyfiyyətsiz dərman vasitələrini yayanlar cəzalarını alacaqlar. Baş Prokurorluq və Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi keyfiyətsiz dərman vasitələri yayan şəxsləri ifşa edib.
Modern.az-ın məlumatına görə, bunu Milli Məclisin Səhiyyə komitəsinin bu gün keçirilən iclasında komitə sədri Əhliman Əmiraslanov deyib.
Komitə sədri bildirib ki, həkimlərlə birgə cinayət əlaqəsinə girərək keyfiyyətsiz dərman vasitələrinin geniş yayılması və əhalinin sağlamlığına mənfi təsir edən hadisələr baş verib.
“Həmin insanlar cəzalarını alacaqlar. Dərman vasitələrinə daim nəzarət olmalıdır”.
Komitə sədri qeyd edib ki, yaxşı dərmanlar olmasa, əhaliyə keyfiyyətli tibbi yardım etmək olmaz.
“Keyfiyyətsiz dərmanların müalicəsi xoşagəlməz olur və problemlərə yol açır. Ona görə də bu istiqamətdə nəzarət artırılmalıdır”.