Modern.az

Ermənistan MN: Azərbaycandan keçənlər banqladeşlilərdir

Ermənistan MN: Azərbaycandan keçənlər banqladeşlilərdir

Aktual

9 May 2018, 23:13

Ermənistan ərazisinə daxil olmağa cəhd etmiş xaricilər Banqladeş vətəndaşlarıdır.

Modern.az  xəbər verir ki, bu barədə “Sputnik-Armeniya” Ermənistanın Müdafiə naziri v.i.e Viqen Sarkisyana istinadən məlumat yayıb.

“Sərhədi pozanlar Banqladeş vətəndaşlarıdır. Onlar Ermənistanın Milli təhlükəsizlik xidmətinə təhvil verilib.”, - deyə Sarkisyan bildirib.

İnsidentin təfərrüatı barədə məlumat verilmir.

Azərbaycanın Müdafiə nazirliyi altı nəfərin Ermənistan sərhədinə keçməsi ilə bağlı informasiyanı təsdiq etməyib.

“Bizdə belə bir məlumat yoxdur”, - deyə nazirliyinin rəsmisi bildirib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
35 illik savaşa NÖQTƏ QOYULDU: Vaşinqtonda tarixi imza