Fövqəladə Hallar Nazirliyi (FHN) Bakının Qaradağ rayonunda baş verən məktəb yanğını ilə bağlı məlumat yayıb.
Nazirlikdən Modern.az-a bildirilib ki, Qaradağ rayonunda 273 saylı tam orta məktəbin yerləşdiyi, ümumi sahəsi 5300 kv.m olan ikimərtəbəli binanın dam örtüyünün yanar konstruksiyaları 120 kv.m sahədə və içərisinə yığılmış 15 ədəd mebel avadanlığı (stol və parta) yanıb.
Məktəbin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.