Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühitin Mühafizəsi Departamentinin əməkdaşları tərəfindən keçirilən reyd zamanı Ucar rayonu Xələç kəndinin ərazisində yaşköküstə 4-24 sm diametrliyində 36 ədəd müxtəlif cinsli ağacın kəsildiyi aşkar olunub.
Nazirlikdən Modern.az-a verilən məlumata görə, araşdırma zamanı ağacların Ucar rayon sakini Səfər Məmmədov tərəfindən kəsildiyi və təbiətə 5010 manat məbləğində ziyan dəydiyi məlum olub. Faktla bağlı akt tərtib edilib.