Modern.az

Binəqədidə ikimərtəbəli ev yanıb

Binəqədidə ikimərtəbəli ev yanıb

Aktual

10 May 2018, 17:56

Bakının Binəqədi rayonunda yanğın baş verib.

 

Modern.az-ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən məlumatına görə, ümumi sahəsi 476 kv.m olan ikimərtəbəli evin (hazırda yaşayış yoxdur) dam örtüyünün yanar konstruksiyaları 238 kv.m sahədə və mansardasına yığılmış 5 ton avtomobil ehtiyat hissələri yanıb.

 

Evin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
35 illik savaşa NÖQTƏ QOYULDU: Vaşinqtonda tarixi imza