Malayziya hökuməti eks baş nazir Nəcib Razaka ölkədən çıxış qadağası qoyub.
Modern.az xəbər verir ki, bu barədə Malayziyanın İmmiqrasiya idarəsi məlumat yayıb.
“Nəcib Razak və onun həyat yoldaşı ölkəni tərk etməsi qadağan edilmiş şəxslərin siyahısına daxil edilib” – məlumatda bildirilib.
Qeyd edək ki, bundan əvvəl “Reuters” agentliyi 9 may seçkilərində məğlub olmuş Nəcib Razakın dərhal həyat yoldaşı ilə İndoneziyaya getməyi planlaşdırdığı barədə məlumat verib.
Əvəz ZEYNALOV