Modern.az

Tbilisidə etirazçılar baş nazirin istefasını tələb edir – YENİLƏNİB

Tbilisidə etirazçılar baş nazirin istefasını tələb edir – YENİLƏNİB

12 May 2018, 21:52

Tbilisidə parlament binası qarşısında davam edən aksiyanın təşkilatçıları baş nazir Giorgi Kvirikaşvilini gecə klublarında keçirilmiş xüsusi əməliyyatla bağlı mövqeyini açıqlamağa çağırıblar.

 

Oxu.Az xəbər verir ki, təşkilatçılar baş nazirə bəyanatla çıxış etməsi üçün saat 22:00-a qədər vaxt veriblər.

 

Əks halda aksiya gecə saatlarında da davam etdiriləcək və çadırlar qurulacaq.

 

Polis aksiya təşkilatçılarına çadırların qurulmasına icazə verilməyəcəyi ilə bağlı xəbərdarlıq edib.

 

Tbilisi meri Kaxa Kaladze baş verənlərlə bağlı xüsusi bəyanatla çıxış edəcək.

 

20:03

 

Tbilisinin mərkəzində etiraz aksiyasının iştirakçıları Gürcüstanın baş naziri Giorgi Kvirkiaşvili və daxili işlər naziri Qeorqi Qaxariyanın istefasını tələb edir.

 

Oxu.Az-ın RİA Novosti-yə istinadla verdiyi xəbərə görə, təşkilatçılardan biri deyib:

 

“Baş nazir və daxili işlər naziri istefaya getməyənə qədər əl çəkməyəcəyik. Düşünün! Bu gündən etibarən öz hüquqlarımızı müdafiə edəcəyik. İnanırıq ki, nə festival, nə də sakit aksiyalar əyləncə üçün keçirilmir. Biz narkoman deyilik”.

 

İştirakçılar həmçinin bu günü  “qara cümə” adlandırmağı da tələb edir.

 

Gürcü polisinin keçirdiyi xüsusi əməliyyat zamanı 70 nəfər saxlanılıb.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
35 illik savaşa NÖQTƏ QOYULDU: Vaşinqtonda tarixi imza