Milli Məclisin Azərbaycan-Gürcüstan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Əflatun Amaşovun başçılığı ilə qrupun üzvləri Kamilə Əliyeva, Pərvin Kərimzadə, Naqif Həmzəyev, Rasim Musabəyov və Hikmət Məmmədov mayın 13-də Gürcüstana gediblər.
Milli Məclisin mətbuat xidmətindən Modern.az-a bildirilib ki, deputatlar mayın 16-dək Tbilisidə səfərdə olacaqlar.
Gürcüstan-Azərbaycan parlament dostluq qrupunun dəvəti əsasında həyata keçirilən səfər çərçivəsində iki ölkə arasında parlamentlərarası əlaqələrin inkişafına dair müzakirələr aparılacaq.
Milli Məclisin nümayəndə heyətinin Gürcüstanda bir sıra rəsmi şəxslərlə görüşləri də nəzərdə tutulub.