Modern.az

Bakının "Koroğlu" körpüsündə intihara cəhdin qarşısı alınıb - YENİLƏNİB

Bakının "Koroğlu" körpüsündə intihara cəhdin qarşısı alınıb - YENİLƏNİB

14 May 2018, 00:44

Bakının Nizami rayonu ərazisində intihara cəhd hadisəsinin qarşısı alınıb.

 

Modern.az  xəbər verir ki, "Koroğlu" metrostansiyası yaxınlığındakı körpüyə çıxaraq özünü aşağı atmaq istəyən 40-45 yaşlı paytaxt sakini hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən xilas edilib.

Sözügedən şəxs körpüdən aşağı endirilib.

***

00:03

Bakının Nizami rayonu ərazisində, "Koroğlu" metrostansiyası yaxınlığında orta yaşlı şəxs körpüyə çıxaraq intihar etmək niyyətində olduğunu bildirib.

 

“Report” xəbər verir ki, hazırda FHN- nin əməkdaşları hadisə yerinə cəlb olunaraq, həmin şəxsi fikrindən yayındırmaq üçün onunla psixoloji danışıqlar aparırlar.

Əraziyə polis əməkdaşları da gəlib.

 

Sizə yeni x var
Keçid et
35 illik savaşa NÖQTƏ QOYULDU: Vaşinqtonda tarixi imza