Modern.az

Sürücülərə XƏBƏRDARLIQ  - Bu yolda təmir gedir

Sürücülərə XƏBƏRDARLIQ  - Bu yolda təmir gedir

Aktual

14 May 2018, 11:13

Bakı-Dairəvi 1 avtomobil yolunda təmir işləri aparılır.

 

“Azərbaycan Avtomobil Yolları” Dövlət Agentliyinin İctimaiyyətlə Əlaqələr Şöbəsindən Modern.az-a verilən məlumata görə, Bakı şəhərində avtonəqliyyat vasitələrinin təhlükəsiz hərəkətinin tənzimlənməsi məqsədi ilə, Bakı-Dairəvi 1 avtomobil yolunda əyri-xətli dəmir tirlərin yol ayrıcında və yolun kənarlarında yenilənməsi işləri aparılacaq.

 

Bununla əlaqədar olaraq 14 may 2018-ci il tarixində axşam saatlarınadək sürücülərdən sözügedən yolda hərəkətdə olarkən diqqətli olmaları və yol hərəkəti qaydalarına əməl etmələri xahiş olunur.

Sizə yeni x var
Keçid et
35 illik savaşa NÖQTƏ QOYULDU: Vaşinqtonda tarixi imza