Modern.az

Azərbaycan əsilli Türkiyə vətəndaşı deputatlığa namizəd oldu

Azərbaycan əsilli Türkiyə vətəndaşı deputatlığa namizəd oldu

Aktual

14 May 2018, 11:58

Əslən Cənubi Azərbaycandan olan Türkiyə vətəndaşı Cemal Mehmethanoğlu müxalifətdə olan Cümhuriyyət Xalq Partiyasından (CHP) namizədliyini irəli sürüb. 

 

Modern.az-a açıqlama verən C.Mehmethanoğlu deyib ki, məqsədi Türkiyədə yaşayan 3 milyondan çox Azərbaycan türkünün səsini qazanaraq, millət vəkili seçilmdir.

 

O, bildirib ki,  Azərbaycan türkləri Türkiyənin əsl vətəndaşlarıdır: "Sayı 50 milyondan çox Azərbhaycan türklərinin diaspor təşkilatları ilə əlaqələrim var. Partiyamızın Azərbaycan türkləri ilə əlaqəsinin zəif oldğunu görürəm. Çoxu müasir, dünyəvi, demokrat düşüncəli olan Azərbaycan türkləri ilə CHP arasında münasibətlərin daha da güclənməsi üçün millət vəkili ollmaq istəyirəm".

 

Həyatımın son 10 ilində İrandakı Azərbaycan türklərinin sülhsevər, azadlıq və demokratiya uğrunda mübarizəsini müdafiə etmişəm. Bu mübarizənin Türkiyə və dünyada tanınması üçün fəaliyyət göstərmişəm. Millət vəkili olaramsa, bu sahədə fəaliyytim daha uğurlu olacağını düşünürəm”.

 

Qeyd edək ki, iyunun 24-də Türkiyədə növbədənkənar prezident və parlament seçkiləri keçiriləcək.

Whatsapp
Bizə yazın!
Keçid et
35 illik savaşa NÖQTƏ QOYULDU: Vaşinqtonda tarixi imza