Modern.az

Sürücülərin NƏZƏRİNƏ: Bu yollar bağlanacaq

Sürücülərin NƏZƏRİNƏ: Bu yollar bağlanacaq

14 May 2018, 15:40

Bakı şəhərində avtonəqliyyat vasitələrinin təhlükəsiz hərəkətinin tənzimlənməsi məqsədi ilə, Xətai prospekti, Xətai prospektinin Heydər Əliyev prospektinə çıxan körpü və ətrafında, həmçinin Heydər Əliyev prospektindən Babək prospektinə çıxan körpü və ətrafında üfüqi nişanlanma xətlərinin rənglənməsi həyata keçiriləcək.

 

Bu barədə Azərbaycan Avtomobil Yoları Dövlət Agentliyilə (AAYDA) Bakı Nəqliyyat Agentliyindən (BNA) Modern.az-a daxil olan birgə məlumatda bildirilib.

 

Rəsmi məlumata görə, 14 may saat 22:00-dan etibarən qeyd olunan ərazilərdə hərəkət tam və ya qismən məhdudlaşdırılacaq. Tam məhdudlaşdırma həmin hissələrində olan körpü üzərlərində tətbiq olunacaq və hərəkət yan yollara istiqamətləndirilərək təmin ediləcək. Digər hissələrində isə məhdudlaşdırma qismən tətbiq olunacaq. Məhdudlaşma səhər saatlarınadək qüvvədə olacaq.

 

Sürücülərdən sözügedən ərazidə hərəkətdə olarkən diqqətli olmaları və yol hərəkəti qaydalarına əməl etmələri xahiş olunur.

Sizə yeni x var
Keçid et
35 illik savaşa NÖQTƏ QOYULDU: Vaşinqtonda tarixi imza