Londonda polis Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın avtomobil karvanına hücum etməyə çalışan PKK tərəfdarlarına müdaxilə edib.
Modern.az Virtualaz.org-a istinadən bildirir ki, müdaxilə zamanı polislərə və avtomobillərə də hücum edən terror qruplaşması tərəfdarlarından bəziləri saxlanılıb.
PKK tərəfdarlarının əllərində qruplaşmanın bayraqları və “Tamam” yazılmış plakatlar diqqət çəkib.