Modern.az

“ASAN Viza” vasitəsilə 430 mindən çox əcnəbiyə viza verilib

“ASAN Viza” vasitəsilə 430 mindən çox əcnəbiyə viza verilib

Aktual

15 May 2018, 11:22

Yaponiya və Türkiyə vətəndaşlarından başqa, qalan bütün ölkələrin vətəndaşları üçün hava limanlarında "ASAN Viza"  rüsumu 26 dollardır.

 

Modern.az xəbər verir ki, bu barədə "ASAN xidmət"in sədri Ülvi Mehdiyev açıqlama verib. Ü.Mehdiyev bildirib ki, hava limanlarında 15 dövlətin vətəndaşlarına veriləcək vizaların rüsumu müəyyənləşib:

 

“Hava limanlarında  "ASAN Viza" Yaponiya vətəndaşları üçün  pulsuz olacaq, Türkiyə vətəndaşları üçün rüsum 11 dollar təşkil edəcək. Qalan ölkələrin vətəndaşları üçün hava limanlarında "ASAN Viza" rüsumu 26 dollardır”.

 

Onun sözlərinə görə, "ASAN Viza" vasitəsi ilə hava limanlarında 15 dövlətin vətəndaşlarına veriləcək vizaların rüsumu xidmət haqqı ilə birgə hesablanır.

 

Qurum rəsmisi deyib ki, 2017-ci ilin yanvarından indiyə kimi "ASAN Viza" vasitəsilə 430 mindən çox əcnəbiyə viza verilib: 

“Bu gündən 15 dövlətin vətəndaşlarına Heydər Əliyev hava limanında "ASAN viza"ların verilməsinə başlanıb: "Yaxın müddət ərzində ölkəmizdəki digər beynəlxalq hava limanlarında da "ASAN Viza"lar veriləcək. Əvvəllər də hava limanlarında vizaların verilməsi həyata keçirilib. Yeni sistemin fərqi insan amilinin aradan qaldırılmasındadır. Əcnəbilər terminallara yaxınlaşaraq, pasport məlumatlarını yükləməklə maksimum 2 dəqiqə ərzində viza alaraq ölkəyə daxil ola biləcək".

Qeyd edək ki, "ASAN Viza" portalı vasitəsi ilə 95 ölkəyə elektron viza verilməsi təmin edilir. Portal vasitəsilə viza rüsumunun məbləği 20 dollardır. Bu gündən etibarən 15 ölkənin - Bəhreyn, Birləşmiş Ərəb Əmirlikləri, Cənubi Koreya, Çin, İran, İsrail, İndoneziya, Küveyt, Qətər, Malaziya, Oman, Səudiyyə Ərəbistanı, Sinqapur, Türkiyə və Yaponiya vətəndaşları üçün birbaşa vizaların verilməsi təmin ediləcək.

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
35 illik savaşa NÖQTƏ QOYULDU: Vaşinqtonda tarixi imza