Modern.az

Taekvando idman zalından 900 manat oğurlandı

Taekvando idman zalından 900 manat oğurlandı

16 May 2018, 16:38

DİN Mətbuat Xidmətinin Quba regional qrupundan Modern.az-a verilən məlumata görə, mayın 14-də Quba Rayon Polis Şöbəsinə rayon ərazisindəki “Quba Taekvando” idman zalından seyfdə olan 900 manat pulun ogurlanması barədə müraciət daxil olub.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri ilə oğurluğu torətməkdə şübhəli bilinən şəxs qısa müddətdə müəyyən edilərək “isti izlərlə” saxlanılıb. Araşdırmalarla onun rayon sakini Qalib Əlibəyov olduğu məlum olub.


Saxlanılan şəxsin digər cinayət əməlinin də üstü açılıb. Polis əməkdaşları tərəfindən onun digər rayon sakininin 100 manatını oğurlaması da müəyyən edilib.

 
Faktla bağlı Rayon Polis Şöbəsində araşdırma aparılır.

 

Sizə yeni x var
Keçid et
35 illik savaşa NÖQTƏ QOYULDU: Vaşinqtonda tarixi imza