Modern.az

Bakının bu ərazisində su olmayacaq

Bakının bu ərazisində su olmayacaq

16 May 2018, 18:06
Bakının Yasamal rayonunun Əsəd Əhmədov küçəsində yol infrastrukturunun yenidən qurulması layihəsi çərçivəsində yeni çəkilmiş magistral su xətlərinin şəbəkəyə birləşdirilməsi ilə əlaqədar sabah Yeni Yasamal yaşayış massivinin bir hissəsinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq.
 
Modern.az-a bu barədə "Azərsu" ASC-yə istinadən xəbər verir.
 
Yaranacaq narahatlıqla əlaqədar qurum abunəçilərdən üzr istəyir.
Telegram
Hadisələri anında izləyin!
Keçid et
35 illik savaşa NÖQTƏ QOYULDU: Vaşinqtonda tarixi imza