Modern.az

Bu il ölkəyə 5310 avtomobil idxal olunub

Bu il ölkəyə 5310 avtomobil idxal olunub

18 May 2018, 08:41

2018-ci ilin yanvar-aprel aylarında Azərbaycana idxal edilən avtomobillərin sayı 5310 ədəd olub.

Dövlət Gömrük Komitəsindən verilən məlumata görə, ölkəyə gətirilən avtomobillərin 23 ədədi sürücü daxil olmaqla 10 nəfər və ya daha çox adam daşımaq üçün nəzərdə tutulmuş motorlu nəqliyyat vasitələri, 4785 ədədi əsasən adamların daşınması üçün nəzərdə tutulmuş minik avtomobilləri və digər motorlu nəqliyyat vasitələri, 477 ədədi yük daşımaq üçün motorlu nəqliyyat vasitələri, 25 ədədi isə xüsusi təyinatlı motorlu nəqliyyat vasitələridir.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
35 illik savaşa NÖQTƏ QOYULDU: Vaşinqtonda tarixi imza