ABŞ Senatı Cina Haspeli Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) direktoru vəzifəsinə təsdiq edib.
Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, 100 mandatlı Senatda Haspelin direktorluğunun leyhinə 54, əleyhinə 45 senator səs verib. Səsvermə zamanı 6 demokrat senator da respublikaçılara dəstək verib.
MKİ-də 33 illik staja malik Cina Haspel bu agentliyin ilk qadın direktoru olacaq. O indiyədək MKİ-nin direktor əvəzi vəszifəsini icra edirdi.
O bu vəzifədə Mayk Pompeonu əvəzləyəcək.