Modern.az

Dünya ulduzunun butsları muzeydə nümayiş olunacaq

Dünya ulduzunun butsları muzeydə nümayiş olunacaq

Aktual

18 May 2018, 10:42

"Liverpul" klubunun hücumçusu Məhəmməd Salahın butsları Britaniya muzeyində, Qədim Misirə aid eksponatlar arasında nümayiş olunacaq.

 

Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, misirli hücumçu bu mövsüm keçirdiyi oyunları və vurduğu 32 qol ilə Premyer Liqa azarkeşlərinin sevincinə səbəb olub. Bu rekord sayəsində o,  mövsümün “Qızıl buts” mükafatını qazanıb.

 

Muzeydə sərgilənən butslar UEFA Çempionlar Liqasının "Liverpul"un "Real" Madridə qarşı keçirəcəyi final matçında da nümayiş olunacaq.

 

Həmçinin Məhəmməd Salah 2018-ci il Dünya Çempionatının seçmə mərhələsində Misirin qrup mərhələsinə vəsiqə qazanmasında böyük rol oynayıb.

 

Azad NURİYEV

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
35 illik savaşa NÖQTƏ QOYULDU: Vaşinqtonda tarixi imza