Modern.az

“Rusiya-2018”: Fransa millisi ilkin heyətini açıqladı

“Rusiya-2018”: Fransa millisi ilkin heyətini açıqladı

Aktual

18 May 2018, 11:16

Fransa millisinin futbol üzrə dünya çempionatı üçün genişləndirilmiş heyəti açıqlanıb.

 

Modern.az xəbər verir ki, baş məşqçi Didye Deşam 28 futbolçuya dəvət göndərib.

 

Heyətdə qapıçılar - Alfons Areola (“PSJ”, Fransa), Huqo Loris (“Tottenxem”, İngiltərə), Stiv Mandanda (“Marsel”, Fransa), müdafiəçilər – Lukas Hernandez (“Atletiko Madrid”, İspaniya), Prensel Kimpembe (“PSJ”, Fransa), Benjamin Mendi (“Mançhester Siti”, İngiltərə), Benjamin Pavar (“Stuttqart”, Almaniya), Adil Rami (“Marsel”, Fransa), Cibril Sidibe (“Monako”, Fransa), Samuel Umtiti (“Barselona”, İspaniya), Rafael Varan (“Real Madrid”, İspaniya) yarımmüdafiəçilər - Nqolo Kante (“Çelsi”, İngiltərə), Blais Matuidi (“Yuventus”, İtaliya), Steven Nzonzi (“Sevilya”, İspaniya), Pol Poqba (“Mançester Yunayted”, İngiltərə), Korenten Toliso (“Bavariya”, Almaniya) hücumçular – Usman Dembele (“Barselona”, İspaniya), Nabil Fekir (“Lion”, Fransa), Oliviyer Qiru (“Arsenal”, İngiltərə), Antuan Qrizmann (“Atletiko Madrid”, İspaniya), Toma Lemar (“Monako”, Fransa), Kiliyan Mbappe (“PSJ”, Fransa) və Floriyan Toven (“Marsel”, Fransa) yer alıblar.

 

Qeyd edək ki, Fransa yığması Rusiyada keçiriləcək dünya çempionatında Avstraliya, Peru və Danimarka ilə eyni qrupda mübarizə aparacaq.

Sizə yeni x var
Keçid et
35 illik savaşa NÖQTƏ QOYULDU: Vaşinqtonda tarixi imza