Modern.az

Amerikalı hərbçilər “Taliban”ı ələ saldılar, üzr istədilər

Amerikalı hərbçilər “Taliban”ı ələ saldılar, üzr istədilər

Aktual

18 May 2018, 12:05

ABŞ Hərbi Hava Qüvvələri “Taliban” üzvlərinin Əfqanıstanın Farah şəhərində çıxışlarına etdikləri zarafatla bağlı üzr istəyiblər.

 

Modern.az xəbər verir ki, bu barədə qurumun “Twitter” hesabında məlumat yerləşdirilib.

“Guardian” qəzetində ABŞ Hərbi Hava Qüvvələrinin “Taliban” üzvlərinin çıxışlarına zarafat etdikləri ilə bağlı xəbər verilib. Xatırladaq ki, ABŞ “Talibana” qarşı Farah şəhərində “A-10” qırıcıları tətbiq edib.

 

“Taliblər A-10-dan çox güman “Lorel” və “Yenni” eşidəcəklər, nəinki “BRRRRRT” ( pulemyotun səsi )” – nəşrdə yerləşdirilən xəbərdə sitat gətirilir.

“Biz əvvəlki tvitlə bağlı üzr istəyirik. Bu pis zarafat idi və biz daxili araşdırma aparırıq. Tvit artıq silinib” - qurumun “Twitter” hesabında həmin hadisəyə cavab olaraq qeyd edilib.

 

Xatırladaq ki, bu alınmamış zarafata internetdə tezliklə şöhrət qazanmış səs illüziyası hazırlanmışdı. Bu illüziyaya qulaq asan insanların bir qismi “Lorel”, digəri isə “Yenni” səsini eşidiblər.

 

Əvəz ZEYNALOV

Sizə yeni x var
Keçid et
35 illik savaşa NÖQTƏ QOYULDU: Vaşinqtonda tarixi imza