ABŞ-da hərbi helikopterdən sursatla dolu qutu məktəbə düşüb.
Modern.az “KTSM” telekanalına istinadən xəbər verir ki, hadisə ABŞ-ın Texas Ştatında El-Paso məktəbində baş verib.
İsleta rayon məktəbinin sözçüsünə görə, insident yerli vaxtla 15:45-də baş verib. Xəsarət alan olmayıb.
Fort-Bliss hərbi bazasının nümayəndələri bildiriblər ki, polis sursat qutusunu güvənli müsadirə edib və hərvbçilərə geri qaytaracaq.
“Mən qonşu ibtidai məktəbə dəyən istənilən zərərdən ötrü ürəkdən üzr istəyirəm və heç kimin zərər görməsinə çox şadam” – Hərbi Hava briqadasının komandiri Cey Hopkins bildirib.
Fort-Blissdə hadisə ilə əlaqədar araşdırma aparılır və gələcəkdə bu cür hadisələrin təkrarlanmaması üçün uçuş sxemləri yenidən nəzərdən keçirilir.
Əvəz ZEYNALOV