Modern.az

Son 9 ildə bu məktəbin 18 məzunu 700 bal yığıb

Son 9 ildə bu məktəbin 18 məzunu 700 bal yığıb

Aktual

18 May 2018, 12:31

Dövlət İmtahan Mərkəzinin mayın 13-də II və III ixtisas qruplarının abituriyentləri üçün keçirdiyi qəbul imtahanlarında 7 nəfər 700 bal toplayıb.

Onlardan biri də Türkiyə Dəyanət Vəqfi Bakı Türk Liseyinin şagirdi Xəyyam Sultanlıdır.

Liseyin direktoru Kadir Bektaşoğlu Modern.az-a bildirib ki, Xəyyam Sultanlı 700 balı III ixtisas qrupu üzrə imtahanda toplayıb.

Direktorun sözlərinə görə, Xəyyam Sultanlı liseyin 700 bal toplayan 18-ci abituriyentidir.

“Ali məktəb imtahanlarında son 9 ildə 18-ci məzunumuz 700 balla ölkə birinci oldu”.

Sizə yeni x var
Keçid et
35 illik savaşa NÖQTƏ QOYULDU: Vaşinqtonda tarixi imza