Modern.az

Azərbaycanlı vokalist, prezident təqaüdçüsü ABŞ-da klip təqdimatı keçirib

Azərbaycanlı vokalist, prezident təqaüdçüsü ABŞ-da klip təqdimatı keçirib

Aktual

18 May 2018, 13:09

Azərbaycanlı vokalist, beynəlxalq müsabiqələrin laueratı, prezident təqaüdçüsü Emin Eminzadə ABŞ-da “Behind the Curtain” mahnısına çəkdirdiyi klipi təqdim edib.

 

Modern.az xəbər verir ki, mahnının sözü və musiqisi Eminə məxsusdur. Bu işdə ona “Qremmi” mükafatçısı, məşhur amerikalı bəstəkar Karl Karter kömək edib. Karl Aşer, Canet Cekson, Karli Rey Cepsen kimi dünya ulduzları ilə işləyib.

Mahnının aranjemanına gəlincə, bu, Dryu Skota məxsusdur. Xatırladaq ki, Dryu Tiana Teylor, Nik Conas, Zenday, Ceyson Derulo kimi müğənnilərlə işləyib.

Klipin rejissoru Emin Eminzadədir. Klipin çəkilişi  Hollivudda baş tutub. Emin artıq bir sıra KİV-lərə müsahibə verib, radio verilişlərdə qonaq olub.

Qeyd edək ki, vokalist Qazaxıstanda keçirilən “Qızıl mikrofon”, İtaliyada keçirilən “Elia Catalano”, İspaniyada keçirilən “Opus-2012” beynəlxalq müsabiqələrin laureatı olub.

Onu da bildirək ki, müğənni ABŞ-ın Texas ştatında tələbə mübadiləsi əsasında təhsil alır. O, “American Musical and Dramatic Academy”də təhsil alan ilk azərbaycanlıdır. 

 

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
35 illik savaşa NÖQTƏ QOYULDU: Vaşinqtonda tarixi imza