Modern.az

Bakıda 850 qramlıq uşaq doğuldu

Bakıda 850 qramlıq uşaq doğuldu

Aktual

18 May 2018, 15:15

Respublika Müalicəvi Diaqnostika Mərkəzində (RMDM) 850 qramlıq körpə doğulub.

 

Neonatoloq-pediatrı Arzu Həsənova Modern.az-a bildirib ki, körpə 29-30 həftəlik hamiləlikdən keysəriyyə kəsiyilə dünyaya gəlib:

 

“Körpə azçəkili (850 qram) olmasına baxmayaraq, Mərkəzin neonatoloji komandasının birgə əməyi sayəsində ailənin artıq həyəcanlı günləri arxada qalıb. O süni tənəffüs aparatından ayrılıb, həyatda qalması təmin olunub, zəruri müayinələr (“Topuq testi”, ROP – vaxtından əvvəl doğulmuşların retinopatiyasının müayinəsi, eşitmənin skrininq müayinəsi) aparılıb”.

 

Onun sözlərinə görə, yenidoğulmuşun çəkisi normal səviyyəyə (1750 qrama) çatdırılıb və ana-körpə tam sağlam və gümrah şəkildə evə yola salınıb. Həkim bildirib ki, təkrar müayinə olunub, uşağın nevroloji statusu normaldır.

Sizə yeni x var
Keçid et
35 illik savaşa NÖQTƏ QOYULDU: Vaşinqtonda tarixi imza