Modern.az

“Mançester Siti”nin keçmiş baş məşqçisi yeni iş yeri tapdı

“Mançester Siti”nin keçmiş baş məşqçisi yeni iş yeri tapdı

Aktual

18 May 2018, 15:18

Manuel Pelleqrini "Vest Xem" klubunu çalışdıra bilər.

 

Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, "Vest-Xem" klubu "Mançester Siti" klubunun keçmiş baş məşqçisi Manuel Pelleqrini ilə maraqlanır. Klub rəhbərliyi artıq baş məşqçi ilə danışıqlara başlayıb. Çin super liqasında "China Fortune"  klubunu çalışdıracağı bildirilən 64 yaşlı baş məşqçi bu klubun baş məşqçisi Devid Moyesin mümkün əvəzedicisi olaraq görünür. Devid Moyesin klub ilə olan müqaviləsinin yenilənmədiyi bildirilir.

 

 "Nyukasl" klubunun baş məşqçisi Rafael Benitezin də "Vest Xem" klubunu idarə etmək şansları var. Baş məşqçinin özü də klubu çalışdırmaqda maraqlıdır.

 

Qeyd edək ki, 2013-2016-ci illərdə "Mançester Siti" klubuna baş məşqçilik edən Manuel Pelleqrini klub karyerasının birinci ilində Premyer Liqa çempionu olub. O, həmçinin klubu tarixində ilk dəfə Çempionlar Liqasının yarımfinal mərhələsinə qədər gətirib çıxaran ilk baş məşqçi olub.

 

Azad Nuriyev

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
35 illik savaşa NÖQTƏ QOYULDU: Vaşinqtonda tarixi imza