Modern.az

Skripalın müalicəsi ilə bağlı açıqlama verildi

Skripalın müalicəsi ilə bağlı açıqlama verildi

Aktual

18 May 2018, 15:27

Britaniyanın Solsberi xəstəxanası Skripal ailəsi və sinir-iflic qazından zəhərlənən şəxslərin müalicəsi ilə bağlı danışıb.

 

Modern.az “TASS” agentliyinə istinadən xəbər verir ki, xəstəxana zəhərlənənlərin müalicəsi ilə bağlı həkim sirrinin saxlanılması qaydalarına əməl edəcəyini bildirib.

 

“Artıq bu xəstələr xəstəxanadan buraxıldıqlarına görə onların həkim sirrinin saxlanılması barədə hüquqları qüvvədədir. Bu qaydalar bizə həmin insanların müalicə üsullarının tam izah etməyə icazə vermir. Bununla bərabər sinir-iflic qazı ilə zəhərlənmiş şəxslərin vəziyyətləri tam stabilləşənə kimi onlara yardım göstərilməsini tələb olunur” – xəstəxananın bəyanatında ifadə olunur. 

 

Qeyd edək ki, martın 4-də Britaniya Solsberisində səhər saatlarında huşsuz vəziyyətdə tapılan QRU-nun (Baş Kəşfiyyat İdarəsi) eks-polkovniki Sergey Skripal xəstəxanadan təxliyə olunub. Bundan əvvəl isə onun qızı xəstəxanadan evə buraxılmışdı.

 

Əvəz ZEYNALOV

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
35 illik savaşa NÖQTƏ QOYULDU: Vaşinqtonda tarixi imza