Modern.az

Xırdalan-Binəqədi yolunda hərəkət məhdudlaşdırılır

Xırdalan-Binəqədi yolunda hərəkət məhdudlaşdırılır

Aktual

18 May 2018, 16:23

Aparılan təmir işləri ilə əlaqədar olaraq Xırdalan-Binəqədi-Balaxanı avtomobil yolunun Binəqədi və Xırdalan qəsəbələri arasında yerləşən hissəsində mayın 18-dən 19-na keçən gecə avtonəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq.

“Azərbaycan Avtomobil Yolları” Dövlət Agentliyindən Modern.az-a  verilən məlumata görə, hərəkətin məhdudlaşdırlması təmir işləri bitənədək qüvvədə olacaq. Bununla əlaqədar olaraq sürücülərdən öncədən hərəkət istiqamətlərinə uyğun olaraq alternativ yollardan istifadə etmələri tövsiyə olunur.

 

Agentlik yarana biləcək müvəqqəti narahatlığa görə, vətəndaşlardan üzr istəyir.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
35 illik savaşa NÖQTƏ QOYULDU: Vaşinqtonda tarixi imza