Mayın 18-də Qırğız Respublikasının Prezidenti Sooronbay Jeenbekov Azərbaycan Prezidenti İlham Əliyevə telefonla zəng edib.
Modern.az Azərbaycan Prezidentinin Mətbuat Xidmətinə istinadən xəbər verir ki, söhbət zamanı dövlət başçıları Azərbaycan Respublikası ilə Qırğız Respublikası arasında əməkdaşlığa dair aktual məsələləri müzakirə ediblər. Bundan əvvəl əldə olunmuş razılaşmaların praktiki şəkildə həyata keçirilməsi və ikitərəfli qarşılıqlı fəaliyyətin inkişafının perspektivləri ətrafında fikir mübadiləsi aparıblar.