Modern.az

Nazirlik vəzifəli şəxsi cərimələdi - 2 min manat

Nazirlik vəzifəli şəxsi cərimələdi - 2 min manat

Aktual

18 May 2018, 17:32

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Bakı şəhər Ekologiya və Təbii Sərvətlər Departamentinin əməkdaşları tərəfindən ekoloji qanunvericiliyin tələblərinə riayət olunmasını yoxlamaq məqsədilə növbəti reyd keçirilib.

 

Nazirlikdən Modern.az-a verilən məlumata görə, reyd zamanı Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi “Bakı Tikinti Materialları” ASC-nin ərazisində istehsalat tullantılarının qalaqlanması faktı aşkar edilib.

 

Faktla bağlı ASC-nin sahə rəisi Vaqif Qəmbərov barəsində protokol tərtib edilib və o, İnzibati Xətalar Məcəlləsinin 271-ci maddəsinə əsasən vəzifəli şəxs qismində 2000 manat məbləğində cərimə olunub.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
35 illik savaşa NÖQTƏ QOYULDU: Vaşinqtonda tarixi imza