Modern.az

Müsavat Partiyası başqanının daha bir müavini istefa verdi

Müsavat Partiyası başqanının daha bir müavini istefa verdi

Aktual

18 May 2018, 17:36

Yadigar Sadıqov Müsavat Partiyasının başqanının müavini vəzifəsindən istefa verib.

 

“Report”un əldə etdiyi məlumata görə, o, bununla bağlı ərizə yazıb.

Y.Sadıqov açıqlamasında deyib ki, istefa verməsinin səbəbi partiya başqanı ilə fikir ayrılığının olmasıdır: “Bunlar partiyadaxili məsələlərdir”.

 

O bildirib ki, partiyanın Divan üzvü olaraq fəaliyyətini davam etdirəcək.

 

Xatırladaq ki, ötən il Elman Fəttah da partiya başqanının müavini vəzifəsindən istefa verib. Tofiq Yaqublu isə Arif Hacılının imzaladığı sərəncamla başqan müavini vəzifəsindən azad edilib.

 

Qeyd edək ki, bu il Müsavat Partiyasının qurultayının keçirilməsi planlaşdırılır.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
35 illik savaşa NÖQTƏ QOYULDU: Vaşinqtonda tarixi imza