Modern.az

"Telekommunikasiya şəbəkələrini, vasitə və qurğularını mühafizə Qaydaları"nda DƏYİŞİKLİK

"Telekommunikasiya şəbəkələrini, vasitə və qurğularını mühafizə Qaydaları"nda DƏYİŞİKLİK

19 May 2018, 00:00

Nazirlər Kabineti "Telekommunikasiya şəbəkələrini, vasitə və qurğularını mühafizə Qaydaları"na dəyişiklik edib.

 

Modern.az  xəbər verir ki, bu barədə qərarı baş nazir Novruz Məmmədov  imzalayıb.

 

Qərara əsasən mövcud olan yollarla kəsişməsi nəzərdə tutulan telekommunikasiya xətlərinin, vasitə və qurğularının tikintisi, habelə mövcud yolları mühafizə zonalarında yerləşdirilmiş telekommunikasiya xətlərinin, vasitə və qurğularının istismarı və onlarda qəza-bərpa işlərinin aparılması ümumi istifadədə olan yollara aid olduqda Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi ilə, bələdiyyələrin və ya yerli icra hakimiyyəti orqanlarının balansında olan yollara aid olduqda müvafiq bələdiyyə və ya yerli icra hakimiyyəti orqanı ilə, özəl yollara aid olduqda isə onların mülkiyyətçiləri ilə razılaşdırılmalıdır.(report)

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
35 illik savaşa NÖQTƏ QOYULDU: Vaşinqtonda tarixi imza