Modern.az

Azərbaycanda əkin yerlərini yandıranlar cəzalandırılacaqlar

Azərbaycanda əkin yerlərini yandıranlar cəzalandırılacaqlar

19 May 2018, 09:34

Azərbaycanda əkin yerlərinin yandırılması qadağan edilir.

Modern.az-ın məlumatına görə, bununla bağlı Torpaq Məcəlləsinə dəyişiklik təklif edilir.

Belə ki, Məcəllənin 34-cü maddəsinə yeni edilən əlavəyə əsasən, əkin yerinin yandırılması qadağandır.

Əkin yerinin yandırılmasına görə - fiziki şəxslər dörd yüz manatdan altı yüz manatadək məbləğdə, vəzifəli şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə, hüquqi şəxslər beş min manatdan altı min manatadək məbləğdə cərimə nəzərdə tutulub.

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
35 illik savaşa NÖQTƏ QOYULDU: Vaşinqtonda tarixi imza